AZ

Neftçilər prospektindəki xaosun SƏBƏBLƏRİ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə paytaxtın Neftçilər prospektində sürücüləri narahat edən problem haqqında məlumat verilib.
Qeyd edilib ki, Neftçilər prospektində avtobus zolağından irəlidə, üzü 8 Noyabr prospekti istiqamətində 5.9 nişanı yoxdur, lakin zolaq var. Bu isə o deməkdir ki, günün pik saatlarında sürücülər həmin zolaqdan istifadə edə bilərlər.
Əgər bu nişanı görmürsünüzsə, yerdə çəkilən zolağın heç bir əhəmiyyəti yoxdur.
Vurğulanıb ki, Neftçilər prospektindən üzü Yusif Səfərov küçəsinə gedən istiqamətdə 5.9 nişanı ictimai nəqliyyat - avtobuslar üçün çəkilən zolaqdan 20 metr sonra qoyulub.
Yəni sürücülər 20 metr məsafəni həmin zolağa daxil ola bilərlər. Lakin çıxış üçün icazə yoxdur.
Bu isə o deməkdir ki, sözügedən zolağı bir az irəlidən başlatsaydılar, daha məqsədəuyğun olardı.
Ətraflı süjetdə:
Seçilən
13
3
oxu.az

10Mənbələr