ABŞ Qrenlandiyaya nəzarəti ələ keçirməlidir, çünki Çin Arktikada mövcudluğunu genişləndirmək üçün ondan öz xeyrinə istifadə edə bilər...
Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
“Axı hesab etmək olar ki, çinlilər nəhayət, bəlkə də qısa müddətdə Panama kanalında və başqa yerlərdə etdiklərini Qrenlandiyada da etməyə çalışacaqlar”, deyə Rubio vurğulayıb.
ABŞ dövlət katibinin sözlərinə görə, məsələ Çinin Qrenlandiyada Pekinin Arktikaya çıxışını təmin edəcək obyektlər yarada bilməsindədir. Rubio qeyd edib ki, bu vəziyyət ABŞ-nin maraqlarına ziddir.
Bundan əvvəl “Politico” Aİ-dəki mənbəyə istinadən yazıb ki, ABŞ prezidenti Donald Tramp Qrenlandiyanı ələ keçirmək planları ilə Aİ liderlərini şoka salıb.
Böyük Britaniyanın baş naziri Kir Starmer Trampın planlarını müzakirə etmək üçün Brüsseldə Aİ liderləri ilə görüşəcək. Görüşün fevralın 3-də keçirilməsi planlaşdırılır.
Tramp dəfələrlə bəyan edib ki, Kanada və Qrenlandiya ABŞ-ın bir hissəsi olmalıdır. Siyasətçinin sözlərinə görə, o, həmçinin Panama kanalını ABŞ-ın nəzarətinə qaytarmaq niyyətindədir.
Poliqon.info