AZ

Ombudsman “Human Rights Watch” təşkilatına açıq məktub ünvanlayıb

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) Səbinə Əliyeva “Human Rights Watch” (HRW) təşkilatınınicraçı direktoru Tirana Hassana açıq məktub ünvanlayıb.

Trend xəbər verirki, məktubda sözügedən təşkilatın dünya ölkələri ilə bağlı 2024-cüil hesabatının Azərbaycana dair hissəsində ölkəmizə qarşı qərəzlivə birtərəfli yanaşmanın nümayiş etidirildiyi bildirilib.

Eyni zamanda, HRW-nun öz hesabatını hazırlayarkən genişictimaiyyətə açıq olan, Ombudsmanın insan hüquq və azadlıqlarınınmüdafiəsi, o cümlədən işgəncələrin qarşısının alınması sahəsindəfəaliyyətinin də əhatəli şəkildə yer aldığı illik və paralelhesabatlarına istinad etmək əvəzinə, şübhəli və qərəzli mənbələrəəsaslandığı qeyd edilib, habelə təşkilatın hesabatında qeyd edilənbir sıra şəxslərlə Ombudsmanın Milli Preventiv Qrupunun üzvləriningörüşdüyü, onlara qarşı heç bir işgəncə və ya pis rəftar faktınınaşkar edilmədiyi bildirilib.

Məktubda Azərbaycanın ev sahibliyi etdiyi, iqlim dəyişmələrininqarşısının alınması sahəsində effektiv müzakirələrin həyatakeçirildiyi COP29 çərçivəsində iqlim dəyişmələri nəticəsində başvermiş fəsadların aradan qaldırılması məqsədilə mühüm qərarlarınqəbul edilməsinə baxmayaraq, HRW-nun öz hesabatında aktualproblemlər üzrə əldə olunan bu uğurları nəzərə almadığı diqqətəçatdırılıb.

Eyni zamanda, məktubda Azərbaycanın uzun illər Ermənistanınişğalçılıq siyasətinə məruz qalması, nəticədə bir milyondan çoxsoydaşlarımızın fundamental hüquq və azadlıqlarının kobud şəkildəpozulması, işğala son qoyulduqdan sonra keçmiş məcburi köçkünlərinöz evlərinə təhlükəsiz və ləyaqətlə qayıdışının bərpasıistiqamətində görülən işlər, insanların həyat və sağlamlığına mühümtəhdid yaradan mina problemi, habelə yüz minlərlə azərbaycanlınınErmənistandan zorla qovularaq qaçqın düşməsi faktlarının hesabatdanəzərə alınmadığı və nəticədə Azərbaycana qarşı ikili standartlarınnümayiş etdirildiyi bildirilib.

Ombudsman “Human Rights Watch” təşkilatını öz hesabatlarınıhazırlayarkən qərəzsiz yanaşma sərgiləməyə, ədalətli olmağa vətəsdiqlənmiş faktlara əsaslanmağa çağırıb.

Seçilən
5
24
az.trend.az

10Mənbələr