Azərbaycanın futzal millisi AÇ-2026-nın əsas mərhələsində bu gün növbəti oyununu keçirəcək.
Futbolinfo.az xəbər verir ki, Vitali Borisovun rəhbərlik etdiyi komanda səfərdə Xorvatiya ilə üz-üzə gələcək.
Qarşılaşma Pula şəhərində, Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.
5-ci qrupda yer alan Azərbaycan millisi daha əvvəl Bakı İdman Sarayında İsveçlə heç-heçə edib - 3:3.