TƏBİB-in əməkdaşının ölümü ilə bağlı detallar məlum olub.
Avtosfer.az xəbər verir ki, ötən gün axşam saatlarında Günəşli qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Taksi kimi fəaliyyət göstərən iki avtomobil qarşı yoldan gələn maşınla toqquşub və nəticədə zəncirvari qəza olub. Qəzada 3 nəfər xəsarət alıb. Yaralılardan olan Sevil Abdullayeva xəstəxanaya aparılarkən yolda keçinib.
Məlum olub ki, martın 11-də TƏBİB-də işə qəbul edilən Sevil bunu qeyd etməkdən qayıdırmış. Üstəlik, aprelin 1-də Sevilin doğum günü qeyd olunacaqmış.