AFFA-nın keçmiş baş katibi, futbol veteranı Çingiz İsmayılov vəfat edib.
"Football-plus.az" xəbər verir ki, bu barədə yaxınları sosial şəbəkədə məlumat paylaşıb. Çingiz İsmayılov aprelin 12-i 90 yaşını qeyd edəcəkdi. O, pnevmoniya səbəbindən xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, Çingiz İsmayılov 1955–1962-ci illərdə "Neftçi"nin şərəfini qoruyub. Bundan başqa, Bakının və Gəncənin "Dinamo", həmçinin "Neft daşları" komandasında oynayıb. 89 yaşlı veteran futbolçu 2022-ci ilin dekabrında "Tərəqqi" medalı ilə təltif olunub.
Allah rəhmət eləsin!