Bakı. Trend:
Müqəddəs Ramazan ayı münasibətilə "Nargis" Fondu tərəfindən22-23 mart tarixlərində Şuşa şəhərində iftar çadırları qurulub.
Trend xəbərverir ki, burada bölgə sakinləri və ziyarətçilər müxtəliftəamlardan dadıblar.
İki gün ərzində hər gün qonaqlara duru xörək, aş-qara, dovğa,təzə meyvə və tərəvəzlər, sərinləşdirici içkilər, samovar çayı,qoğal, badambura, çərəzlər və kətədən ibarət yüksək keyfiyyətliiftar menyusu təqdim edilib.
Fondun həyata keçirdiyi aksiya müddətində yüzlərlə insan iftarsüfrəsinin qonağı olub. Bundan əlavə, iftar süfrəsinə qatılabilməyənlər və ehtiyacı olan insanlar üçün tam iftar paylarıbirbaşa yaşadıqları ünvanlara göndərilib.
Builki "İftar Çadırları" layihəsi Şuşa şəhərində "BankRespublika" və "Iticket.Az" şirkətlərinin sponsorluğu iləgerçəkləşmişdir. Bununla yanaşı, "Şuşa Hotel", Şuşa şəhəri DövlətQoruğu İdarəsi və Azərbaycan Dövlət Reklam Agentliyi təşkilatidəstək göstərib.
Qeyd edək ki, "Nargis" Fondu tərəfindən "İftar Çadırları"layihəsi 2019-cu ildən etibarən Ramazan ayında həyata keçirilir.Layihə çərçivəsində xüsusi hazırlanmış Şərq üslublu çadırlardaqonaqlar bir araya gələrək iftar sevincini birlikdəpaylaşırlar.