Respublikaçıların namizədi olaraq ABŞ prezident seçkilərində iştirak edən keçmiş ABŞ Prezidenti Donald Trump seçkiyə az bir müddət qalmış seçki mitinqində etdiyi çıxışında 2020 seçkilərinə toxunub.
Azerforum.com bildirir ki, o dövrdə Ağ Evdən ayrılmaması lazım olduğunu deyən Trump, "Getdiyim gün ölkə tarixinin ən təhlükəsiz sərhədinə sahib idik. Yəni dürüst olmaq lazımdırsa, o qədər yaxşı iş gördük ki, o qədər gözəl bir şey yaşadıq ki..." dedi və sözlərini dərhal sonlandırdı.
Seçki üçün böyük əhəmiyyət daşıyan Pensilvaniyanın Lititz şəhərindəki mitinqdə çıxış edən Trump Demokratları "şeytani" adlandırdı və 2020 seçkiləri ilə bağlı məyusluqlarını bölüşdü.