EN

Azərbaycanda ən çox əməkhaqqını kimlər alır?

Bakı. Trend:

2024-cü il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdlaçalışan işçilərin sayı 1773,3 min nəfər olub, onlardan 881,7 minnəfəri iqtisadiyyatın dövlət sektorunda, 891,6 min nəfəri isəqeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, muzdla işləyənlərin 18,6faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,4 faizi təhsil,12,8 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətləringöstərilməsi, 6,8 faizi tikinti, 6,4 faizi dövlət idarəetməsi vəmüdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı,3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kəndtəsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi maliyyə vəsığorta fəaliyyəti, 15,0 faizi isə iqtisadiyyatın digər sahələrindəməşğul olublar.

2024-cü ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatındamuzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilinmüvafiq dövrünə nisbətən 7,8 faiz artaraq 993,2 manat təşkil edib.İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığortafəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə,eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıqnominal əməkhaqqı daha yüksək olub.

Chosen
31
49
az.trend.az

10Sources