EN

“Qarabağ” İsveçdə “Elfsborq”a uduzdu

“Qarabağ” UEFA Avropa Liqasında İsveçin “Elfsborq” klubuna məğlub olub.

Msport.az xəbər verir ki, Liqa mərhələsinin VI turuna təsadüf edən qarşılaşmada təmsilçimiz 0:1 hesabı ilə uduzub.

“Buros Arena”da baş tutan matçda yeganə qol 57-ci dəqiqədə vurulub. Meydan sahiblərinin heyətində Ahmed Kasem fərqlənib.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Avropa Liqasında növbəti oyununu gələn il yanvarın 23-də Rumıniya təmsilçisi FCSB-a qarşı keçirəcək.

Chosen
43
9
msport.az

10Sources