BMT-nin Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) İsrail rəhbərliyini qoşunların Livan ərazisindən çıxarılmasını sürətləndirməyə çağırıb. AFN.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi Telegram kanalında dərc olunan məlumatda deyilir."UNIFIL İsrail Müdafiə Qüvvələrinin çıxarılması prosesinin sürətləndirilməsini və Livan silahlı qüvvələrinin Livanın cənubunda yerləşdirilməsini tələb edir", - deyə açıqlamada vurğulanır.UNIFIL həmçinin ölkədə onsuz da kövrək olan sabitliyi poza biləcək hər hansı hərəkətin qarşısının alınmasının vacibliyinə diqqət çəkib. Bundan əlavə, qeyd edilir ki, BMT sülhməramlıları noyabrın 27-də Livanda əldə edilmiş atəşkəs rejiminin pozulması hallarına nəzarəti davam etdirəcəklər.