EN

Renat oynadı, komandası qələbə qazandı

Türkiyənin 1-ci liqasında 18-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Renat Dadaşovun da fomasını geydiyi "Ankaragücü" bu dəfə evdə "Keçiörengücü" ilə qarşılaşıb. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Renaldo Cefas dubl edib (39-cu, 55-ci dəqiqələrdə). Renat da bu oyunda iştirak edib. 25 yaşlı hücumçu meydana 67-ci dəqiqədə Riad Bayiçin əvəzinə daxil olub.

Qeyd edək ki, "Ankaragücü" 27 xalla 5-ci, eyni xala malik "Keçiörengücü" isə 6-cıdı.

Chosen
65
5
football-plus.az

7Sources