EN

İnternetdə nalayiq görüntülər yayan 7 şübhəli həbs edilib

İnternetdə ədəbsiz görüntülər yaydıqları üçün tutulan 9 şübhəlidən 7-si tutularaq həbsxanaya göndərilib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Mersin bölgəsində baş verib.
 
Polis tərəfindən verilən açıqlamaya görə, Kiber Cinayət qrupları internetdə ədəbsiz görüntülər yayan və bu görüntülərdə uşaqlara qarşı zorakılıq edənlər haqqında araşdırma başladıb.
 
Göstərilən ünvanlarda həyata keçirilən əməliyyatda 9 şübhəli saxlanılıb.
 
Şübhəlilərin evlərində aparılan axtarış zamanı cinayətlə əlaqəli olduğu ehtimal edilən çoxlu sayda rəqəmsal materiallar, sənədsiz silah və sursat ələ keçirilib.
 
Polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə sövq edilən şübhəlilərdən 7-si həbs edilib, 2-si isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
 
Oksana
Chosen
55
azxeber.com

1Sources