EN

Avropada inflyasiya yüksəldi

Avrozonada illik inflyasiya ardıcıl olaraq son üç ayda artaraq yanvarın 1-nə 2,4%-ə çatıb.

Teleqraf.com xəbər verir ki, baza inflyasiya dördüncü aydır ki, 2.7% səviyyəsində saxlanılıb. Xidmətlər üzrə inflyasiya isə 3.9%-dən 4%-ə enib.

Avrozonanın ən böyük iqtisadiyyatına sahibAlmaniyada illik inflyasiya 2024-cü ilin dekabrında 2,6% təşkil edib. Fransada isə bu rəqəm 1,8% olub.

Avrozona iqtisadiyyatı üçüncü rübdə 0,4% artıb.


Müəllif: Aysel Naibova
Chosen
19
teleqraf.com

1Sources