EN

Bakıdakı erməni separatçılar ailələrilə danışıblar

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda saxlanılan erməni hərbi cinayətkarlara baş çəkiblər

"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, başçəkmə dekabrın sonlarında – Yeni il ərəfəsində olub.

Bu məlumat BQXK-nın Ermənistandakı nümayəndəliyindən təsdiqlənib.

Məlumata görə, Yeni il ərəfəsində, dekabrın 30-da Bakıdakı separatçılara ailələrilə danışıq aparmalarına şərait yaradılıb.

Qeyd edək ki, Bakıda saxlanılan hərbi cinayətkarlar arasında qondarma “Dağlıq Qarabağ Respublikası”nın  “keçmiş prezidentləri” Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, “keçmiş xarici işlər naziri” David Babayan, həmçinin “parlamentin spikeri” David İşxanyan, “artsaxın müdafiə ordusunun keçmiş komandanı” general Levon Mnatsakanyan, general David Manukyan və “keçmiş dövlət katibi”  Ruben Vardanyan var. Onlar yanvarın 17-də məhkəmə önünə çıxarılacaqlar.

Cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. İş Bakı Hərbi Məhkəməsində hakim, məhkəmənin sədri Zeynal Ağayevin icraatına verilib.

Rəsmi məlumata görə, Azərbaycan Respublikası və xalqına qarşı törədilən təcavüz aktı, işğal, soyqırımı, sülh və insanlıq əleyhinə digər cinayətlər, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi və digər əməllərin törədilməsi faktları ilə bağlı Azərbaycan Baş Prokurorluğunun İstintaq idarəsində istintaq aparılıb.

Ruben Vardanyan məhkəmə önünə ayrıca çıxarılacaq.

"Cebheinfo.az"

Chosen
56
5
cebheinfo.az

6Sources