EN

Doğum şəhadətnaməsi üçün müraciət rəqəmsallaşdı

Bakı. Trend:

Ədliyyə Nazirliyinin daha bir xidməti artıq rəqəmsal formadatəqdim olunur.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən Trend-ə verilən məlumatagörə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, AzərbaycanRespublikası Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və İnnovasiyavə Rəqəmsal İnkişaf Agentliyinin birgə təşəbbüsü ilə doğum şəhadətnaməsinə müraciətrəqəmsallaşdırılıb.

Artıq valideynlər yeni doğulmuş övladlarının doğumu haqqındaşəhadətnaməni qeydiyyat orqanlarına getmədən tamamilə rəqəmsalformada “mygov” tətbiqi vasitəsilə əldə edə bilərlər. Uşaq dünyayagəldikdə Ədliyyə Nazirliyi tərəfindən “mygov” tətbiqi üzərindəndoğumun qeydiyyata alınması ilə bağlı valideynə bildirişgöndərilməsi xidməti yaradılıb. Valideynlər tətbiqə daxil olaraq“Həyat hadisələri” bölməsindən “Valideyn olmaq” seçimini edib,“Doğum şəhadətnaməsinə müraciət” bölməsinəkeçid edərək tələb olunan məlumatları sistemə daxil edirlər.

Prosesin gedişatında:

• Valideynlər ilkin məlumatları yoxlayaraq uşağın adını vəsoyadını daxil edir;

• Doğum haqqında şəhadətnamənin təhvil alınacağı qeydiyyatorqanı seçilir və əlaqə nömrəsi qeyd olunur;

• Əgər sistem tərəfindən uşağın milliyəti təyin edilməyibsə, həmananın, həm də atanın milliyyəti seçilir, doğum şəhadətnamələrininskan edilmiş versiyaları yüklənir;

• Məlumatlar son dəfə nəzərdən keçirilir və təsdiqləndikdənsonra müraciət tamamlanır.

Müraciət tamamlandıqdan sonra seçilmiş qeydiyyat orqanında doğumdövlət qeydiyyatına alınır və uşağın doğumu haqqında şəhadətnamərəqəmsal formatda “mygov” platformasında “Ailə məlumatlarım”bölməsində əks olunur.

Həmçinin vətəndaşın müraciəti əsasında ona seçdiyi qeydiyyatorqanı tərəfindən kağız daşıyıcıda doğum haqqında şəhadətnamə də təqdim ediləbilər. Birdəfəlik müavinətin əldə edilməsi: Uşağın anadan olmasınagörə birdəfəlik müavinətin əldə edilməsi bu prosesin birhissəsidir. Proses zamanı doğumun qeydiyyatına dair məlumatavtomatlaşdırılmış qaydada Dövlət Sosial Müdafiə Fondunayönləndirilir və həmin qurum tərəfindən birdəfəlik müavinətinödənilməsi üçün proaktiv qaydada təyinat aparılır. Valideynlərmüavinəti “Kapital Bank”a məxsus “Birbank” mobil tətbiqindən əldəedə bilərlər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 16 iyul2024-cü il tarixli Fərmanına əsasən, doğum haqqında şəhadətnaməməlumatlarının “mygov” platforması üzərindən təqdim edilməsi,fiziki sənədin təqdim edilməsi ilə eyni hüquqi qüvvəyəmalikdir.

Məqalədə:
Chosen
12
15
az.trend.az

10Sources