EN

"Ukrayna ssenarisindən xilas olduq" - "Dərin dövlət"in məhv planı baş tutmadı

Hurriyyet.az xəbər verir ki, Gürcüstanın Ukrayna ssenarisində xilas edildiyi, lakin ölkədə sülhün qorunması uğrunda mübarizənin davam etdirildiyi bəyan edilib.

Bu barədə Gürcüstanı hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının siyasi şurasının bəyanatında məlumat verilir.

Açıqlamada deyilir: "Gürcüstanda böyük səy və güzəştsiz mübarizə nəticəsində Ukrayna ssenarisindən xilas olmaq mümkün oldu. Lakin sülh uğrunda mübarizə davam edir və bu mübarizəni axıra qədər aparmaq lazımdır".

Hakim partiyada qeyd ediblər ki, Ukraynada döyüşlərin davam etdiyi müddətdə Gürcüstanda ikinci cəbhə açmaq marağı həmişə qalacaq. Siyasi şura bildirib ki, bu səbəbdən Gürcüstan xalqı sağ qalmaq üçün axıra qədər mübarizə aparmalıdır.

Gürcüstan hakimiyyəti əmindir ki, hazırda dünyada olan böhran vəziyyətləri, o cümlədən, Ukraynadakı vəziyyət "dərin dövlət"in ("Deep State") fəaliyyətinin nəticəsidir. "Gürcü arzusu"nun bəyanatında deyilir: "Deep State" dünyanın bir sıra dövlətlərini müharibə oduna salıb. "Deep State" patronlarının ən ağır dağıdıcı təsirinə bizə dost olan Ukrayna ölkəsi məruz qalıb. 2014-cü ilə qədər suverenliyə, ərazi bütövlüyünə, sülhə və demək olar ki, 200 milyardlıq iqtisadiyyata malik olan Ukrayna bu gün praktiki olaraq, məhv edilib, "maydan"ın müəllifləri isə buna görə heç bir məsuliyyət daşımırlar".

Hürr Tərcüman

 

Chosen
20
hurriyyet.az

1Sources