EN

Türkiyə millisinin hücumçusu mövsümü bitirdi

İngiltərə Premyer Liqası komandalarından olan "Bornmut"da çıxış edən Türkiyə millisinin futbolçusu Enes Ünal çarpaz bağından zədələnərək mövsümü erkən bitirib.

"Operativ Media" xəbər verir ki, daha əvvəl “Xetafe”də də eyni zədə alan futbolçu təxminən 210 gün meydanlardan kənarda qalıb. İspaniya mətbuatı "Relevo"da yer alan xəbərə görə, Enes Ünal məşqdə zədə alıb və onun ən az 6 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

"Bornmut" Enes Ünalı ötən yay "Xetafe"dən 16,5 milyon avroya alıb. İngiltərə klubu ilə ümumilikdə 34 matça çıxan Ünal 4 qol vurub, 3 məhsuldar ötürmə edib. Bazar dəyəri 13 milyon avro olan hücumçunun müqaviləsi 2028-ci ilə qədər davam edir.

Chosen
63
operativmedia.az

1Sources