EN

ASCO məhdudiyyətsiz üzmə imkanlarına malik növbəti iritutumlu gəmisini istismara verib (FOTO)

Bakı. Trend:

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO)aparılan bazararaşdırmalarının nəticəsində “Capital Maritime and Trading Corp”gəmiçilik şirkətinin istismarında olan məhdudiyyətsiz üzməimkanlarına malik “Aframax” tipli növbəti tankerini donanmasınadaxil edib.

Trend xəbərverir ki, tankerin təhvil-təslimi ilə bağlı ASCO və “CapitalMaritime and Trading Corp” şirkətinin nümayəndələri arasındamüvafiq sənədlər imzalanıb.

Bildirilir ki, yeni qəbul edilən tankerin yükgötürmə qabiliyyəti(dedveyti) 115.500 ton, uzunluğu 249,95 metr, eni 44 metr, bortununhündürlüyü 21,2 metrdir. Sürəti 16 uzelə çatan gəmi neft və neftməhsullarının təhlükəsiz və səmərəli daşınmasını təmin etmək üçünən son standartlara uyğun tikilib. Tanker ekoloji baxımdanbeynəlxalq tələblərə cavab verir, yanacaq sərfiyyatındaqənaətcildir və yüksək təhlükəsizlik sistemləri ilə təchizedilib.

"100% ASCO-ya məxsus olan bu “Aframax” tipli tankerin alınmasılayihəsi ASCO-nun mənfəəti, şirkətin yerli bazarda buraxdığıistiqrazlardan əldə olunmuş vəsait və yerli banklardan cəlb edilmişkredit hesabına maliyyələşdirilib.

Qeyd edək ki, bu gəmi müqavilə əsasında 3 illik müddətəBraziliyanın milli neft-qaz şirkəti olan “Petrobras”a taym-çarterəverilib. Beləliklə, onun həmin dövrdə istismarı təmin edilib.

Təhvil-təslimdən sonra tanker ilk yükünü Braziliyadan Sinqapurvə Malayziyaya çatdırıb. Yaxın günlərdə onun Malayziyadan SəudiyyəƏrəbistanına doğru növbəti səfəri planlaşdırılır.

Onu da əlavə edək ki, 2023-cü ildən indiyədək beynəlxalq sularda5-i “Aframax” tipli tanker, 2-si “Handysize” tipli quru yük gəmisiolmaqla, ümumilikdə 7 iritutumlu gəmi istifadəyə verilib. “Aframax”tipli tankerlərdən 4-ü ASCO və SOCAR tərəfindən yaradılan BirgəMüəssisə tərəfindən alınıb.

Xəzərdənkənar hövzələrdə fəaliyyətin genişləndirilməsi vəbununla da, yerli gəmiçilik xidmətlərinin ixracı ilə ölkəyəkənardan daxilolmalara töhfə verilməsi ASCO-nun əsas hədəflərindənbiridir və bu istiqamətdə fəaliyyət növbəti dövrlərdə də davametdiriləcək", - məlumatda vurğulanıb.

ASCO
ASCO
Chosen
29
9
az.trend.az

10Sources