EN

Ötən il Dövlət Xidməti "Rahat Market"lərin sahibi barəsində 2 dəfə tədbir görüb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti İstehlakçı hüquqlarının müdafiəsi və İstehlak bazarına nəzarət şöbələri tərəfindən 2024-cü ilin yanvar - dekabr ayları ərzində tərtib olunmuş inzibati xəta haqqında protokollara dair məlumat yayıb.

Marja.az Xidmətə istinadən xəbər verir ki, inzibati xəta haqqında protokol tətbiq edilmiş şirkətlərdən biri də "Rahat Market"lərin sahibi  olan “ANC Group” MMC şirkətidir. 

Ötən ilin fevral ayında Şirkət barəsində tərtib olunmuş protokola görə, qida məhsulu üzərində göstərilmiş qiymətdən baha satılmışdır. Vətəndaşlarla bağlanan müqavilələrdə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran halların aradan qaldırılması ilə bağlı Dövlət Xidməti tərəfindən verilən göstəriş icra edilməmişdir.

Qeyd edilib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi, 13-cü maddəsinin 1-ci bəndi, İnzibati Xətalar Məcəlləsinin 447.0.1, 447.0.1 və 544.2-ci maddələri (Malın hesabına dair istehlakçıların az miqdarda aldadılması, İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərinin yerinə yetirilməməsi, Malın hesabına dair istehlakçıların az miqdarda aldadılması) pozulub. 

Ötən ilin dekabr ayında da  tərtib olunmuş protokola görə, “ANC Group” MMC yenə qida məhsulunu üzərində göstərilmiş qiymətdən baha satmışdır.

Qeyd edilib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndi və İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi (Malın hesabına dair istehlakçıların az miqdarda aldadılması) pozulub.

ANC Group
Chosen
28
marja.az

1Sources