EN

Roma Papası çağırış etdi - "Dünyadakı bütün münaqişələrə son qoyulsun"

Roma Papası Fransisk İsrailin hərbi əməliyyatlarını tənqid edərək Qəzzada baş verən humanitar böhranı biabırçılıq adlandırıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Fələstindəki şərtlərə sərt reaksiya verən Papa beynəlxalq ictimaiyyəti təcili tədbirlər görməyə çağırıb.
 
\"Biz xəstəxanaların dağıdılması və ya ölkənin enerji infrastrukturunun zədələnməsi səbəbindən uşaqların donaraq ölməsini qəbul edə bilmərik\", - Papa bildirib.

Eyni zamanda, Roma Papası çıxışında antisemitizmi pisləyib və Ukraynada müharibəni dayandırmağa çağırıb. 
 
O, həmçinin nitqində Sudan, Mozambik, Myanma və Nikaraquadakı münaqişələrə də toxunub. 

\"Mənim 2025-ci il üçün arzum ondan ibarətdir ki, beynəlxalq ictimaiyyət hər şeydən əvvəl üç ilə yaxındır bu qədər qan tökülməsinə səbəb olan münaqişələrə son qoymağa çalışsın”, - deyə Papa fikirlərini yekunlaşdırıb.

Mikayıl
Chosen
28
azxeber.com

1Sources