EN

Surqut aeroportunda 10-dan çox reys gecikdi

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsi - Yuqranın ən böyük hava limanı olan Surqut aeroportunda güclü qar yağması səbəbindən gediş və gəliş reysləri gecikib.

 

Sfera.az xəbər verir ki, bu barədə TASS-a Surqut aeroportunun mətbuat xidmətindən məlumat verilib.

 

Surqut aeroportunun onlayn tablosuna əsasən, 13 reys uçuşu, 4 reys isə gəlişi gözləyir. Belə ki, Moskvaya olan reys təxminən 17 saat, Ufaya - 6 saat, Bişkekə - 7 saat, Tümenə isə 4,5 saat gecikib.

 

"Reyslər hava şəraitinin əlverişsiz olması, yəni güclü qar səbəbindən gecikib", - məlumatda bildirilib.

 

Hazırda Surqutda güclü qar yağır, şəhərdə çovğundur. Bələdiyyə başçısı Maksim Slepov öz “Telegram” kanalında qeyd edib ki, əlverişsiz hava şəraitinin gün ərzində davam edəcəyi proqnozlaşdırılır.

Chosen
5
3
sfera.az

4Sources