EN

Son bir ildə 48,2 min şəxsə əlillik təyin edilib

2024-cü il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 48,2 min şəxsə əlillik təyin edilib.

 

Onlardan 23,9 mininə ilkin, 24,3 mininə isə təkrar əlillik təyinatı aparılıb.

 

Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.

Chosen
13
11
qht.az

10Sources