EN

Los-Ancelesdəki yanğınları yandırmaqda şübhəli bilinən 1 nəfər saxlanılıb

Los-Anceles dairəsinin polisi Los-Ancelesin qərbində “Kennet” yanğınına səbəb olan 1 nəfər şübhəli şəxsi həbs edib.

Herbiand.az bildirir ki, bu barədə NewsNation telekanalı hüquq-mühafizə orqanlarına istinadən xəbər verib.

“Los-Anceles Polis departamenti NewsNation-a təsdiqləyib ki, “Kennett” yanğını hazırda yandırılma işi kimi araşdırılır və bir nəfər həbsdədir”, - nəşr bildirib.

Telekanal qeyd edib ki, şübhəlinin saxlanmasına yerli sakinlər kömək edib. Rayon prokuroru Neytan Xoxmanın sözlərinə görə, o, ömürlük həbs cəzası ala bilər.

Bəxtiyar CƏFƏRLİ

Chosen
17
herbiand.az

1Sources