EN

Avropa İttifaqı Ermənistandakı sərhəd missiyasının vaxtını uzadır

Avropa İttifaqı Monitorinq Missiyasının Ermənistanda qalma müddətinin uzadılmasını təklif edib.

Azpost bildirir ki, bu barədə “Azadlıq” Radiosunun erməni redaksiyasına Aİ-nin ali nümayəndənin mətbuat xidmətindən məlumat verilib.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Aİ-nin mülki missiyasının Ermənistanda qalma müddətinin daha iki il uzadılmasını təklif edib. Üzv dövlətlər təklifi dəstəkləyib. Hazırda Aİ Şurasının müvafiq qurumları ilə zəruri hüquqi aktları müzakirə edirlər. Şuranın misisyanın vaxtının uzadılması ilə bağlı qərarının yaxın günlərdə verilməsi gözlənilir,

Qeyd edək ki, rəsmi Bakı Aİ missiyanı casusluqda və regional sabitliyi pozmaqda ittiham edir.

 

Chosen
22
azpost.info

1Sources