
Avropa İttifaqının Xarici siyasət üzrə Ali nümayəndəsi Kaya Kallas Avropa İttifaqının Ermənistana ezam olunmuş müşahidə missiyasının müddətini daha iki il artırmağı təklif edib.
Trend bu haqda Ermənistan KİV-lərinə istinadən xəbər verir.
“Üzv dövlətlər bu təklifi alqışlayıblar və hal-hazırda Avropa İttifaqı şurasının müvafiq orqanları ilə lazımı qanunverici aktları müzakirə edirlər.
Şuranın yaxın günlərdə missiyanın uzadılması ilə bağlı qərar verəcəyi gözlənilir”, - məlumatda qeyd olunur.