“Qəzzada girovlarla bağlı razılıq Trampın andiçmə mərasimindən əvvəl baş verə bilər”. Manset.az xəbər verir ki, bunu Ağ Evin sözçüsü Con Kirbi jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, hazırkı rəqəmlərə görə 100 girov var ki, onlardan yeddisi ABŞ vətəndaşıdır. Kirbinin sözlərinə görə, Bayden administrasiyası müqavilənin həllinə nail olmağa çalışır. Qeyd edək ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın yanvarın 20-si baş tutacaq.