Demokrat.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məhkəmə siyasətçini qeyd-şərtsiz azadlığa buraxıb. Bundan sonra Tramp həbs cərimə və sınaq müddəti ilə üzləşməyəcək.
Bu, Trampı ağır cinayətdə ittiham olunaraq vəzifəyə gələn ilk ABŞ prezidenti edəcək. Onun andiçmə mərasimi yanvarın 20-də baş tutacaq. ABŞ Konstitusiyası cinayət keçmişi olan şəxslərin dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürməsini və ya vəzifə tutmasını qadağan etmir.
2024-cü il may ayının sonlarında Nyu-Yorkda münsiflər heyəti Trampı porno ulduz Stormi Danielsə səssiz pul ödəmələrini gizlətmək üçün sənədləri saxtalaşdırmaqda təqsirli bilib.
Bu ittihama görə maksimum cəza 130 ildən çox həbsdir.
Əfsanə Kamal
Demokrat.az