Bakı. Trend:
ABŞ-nin "İnter Mayami" komandası futbolçusu Lionel Messi iləmüqaviləni uzadacaq.
Trend xəbər verir ki, bubarədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, tərəflər yeni müqavilə ilə bağlı razılıq əldəediblər. 37 yaşlı argentinalı futbolçu 2026-cı ildə keçiriləcəkdünya çempionatında oynamaq üçün həmin ilə kimi sözləşməniyeniləmək qərarına gəlib.
Yeni müqavilədə Lionel Messinin mövsümlərarası fasilədə Avropaklubuna icarəyə verilə bilməsi ilə bağlı bənd olacaq.