Fransa qoşunlarının ölkədən çıxarılması çərçivəsində Abeçe hərbi bazası Çad ordusunun nəzarətinə keçib.
Bizim.Media xəbər verir ki, bu barədə “Tchadinfo” məlumat yayıb.
Fransa qoşunlarının Çaddan çıxarılmasının yanvarın 31-də başa çatdırılması planlaşdırılır ki, bu da Fransanın Sahel bölgəsində onilliklər boyu davam edən mövcudluğunun başa çatması deməkdir.
Bizim.Media