EN

ABŞ-ın Ali Məhkəməsi, TikTok-a qadağa qoyulmasıni tələb edir

ABŞ-ın

ABŞ-ın Ali Məhkəməsi, TikTok-un ölkədə qadağan edilməsi məsələsində qərar vermək üzrədir. Ali Məhkəmənin bu mövzudakı mövqeyi, əsasən milli təhlükəsizliklə bağlı narahatlıqlara əsaslanır. BBC -nin məlumatina görə, ABŞ hökuməti, TikTok-un ana şirkəti olan Çin şirkətinin məlumatları toplaması və istifadə etməsi ilə əlaqədar təhlükəsizlik riskləri ilə bağlı narahatdır.Əgər Çin şirkəti, TikTok-u 19 yanvar tarixinə qədər ABŞ-da satmazsa, platformaya qadağa qoyulması gözlənilir. Bu qərar, sosial media platformasının ABŞ-da fəaliyyətini ciddi şəkildə məhdudlaşdıra bilər və TikTok istifadəçiləri üçün böyük dəyişikliklərə səbəb ola bilər.TikTok, ABŞ-da milyonlarla istifadəçi tərəfindən sevilən bir platformadır, lakin bu qərar, ölkənin milli təhlükəsizlik maraqlarını qorumağa yönəlmişdir. Hökumət bu addımı, platformanın istifadəçilərdən topladığı məlumatların ABŞ-ın təhlükəsizliyinə təhdid yarada biləcəyini düşünərək atmaqdadır.Səidə Mustafa

Diqqət Çəkənlər

Polis Sabunçu rayonunda quldurluq etməkdə şübhəli bilinən iki nəfəri saxlayıb

Nikolas Maduro üçüncü dəfə Venesuelanın dövlət başçısı vəzifəsinə təstiq edilib

Birol Akgün Türkiyənin Azərbaycandakı yeni səfiri təyin edilib

Chosen
22
ulusum.az

1Sources