Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Bu yaxınlarda müxtəlif media qurumlarında yer alan iddiaya görə, Türkiyə Rusiyadan aldığı S-400 HHM sistemini ASELSAN tərəfindən hazırlanan HAKİM 100 Hava Komanda-İdarəetmə Sisteminə inteqrasiya edib.
Bu iddianın arxasında isə Hava Komanda-İdarəetmə Sisteminə aid olduğu bildirilən yeni məhsul broşürü yer alır.
HAKİM 100 sistemi ASELSAN tərəfindən hazırlanan, NATO və beynəlxalq standartlara uyğun olaraq qısa, orta və uzun mənzilli HHM sistemlərini inteqrasiya edən komanda-idarəetmə platformasıdır.
İddiaya baxmayaraq, hələlik bu inteqrasiyanın rəsmi təsdiqi və ya təkzibi yoxdur. 2019-cu ildə Rusiyadan alınan S-400 sistemi o vaxtdan etibarən aktiv istifadə olunmur.
Türkiyənin S-400 alması ABŞ ilə müdafiə əlaqələrində ciddi gərginliyə səbəb olub. Vaşinqton bu sistemin F-35 döyüş təyyarələrinin təhlükəsizliyini təhlükə altına sala biləcəyini iddia edərək, Türkiyəni F-35 proqramından çıxarıb və təhvil verilməsi planlaşdırılan 100 ədəd F-35 döyüş təyyarəsini ləğv edib.
10Sources
-
poliqon.azNiderland “Skyranger 30” mobil HHM sistemləri almaq istəyir ( 15142149)
-
yenisabah.azCərimələnən sürücülərin NƏZƏRİNƏ! - Bu halda... ( 15059473)
-
azedu.azİnfarkt tam sağala bilər? Alimlərdən araşdırma ( 15041665)
-
Ajans.azAİ və ABŞ yeni məlumat məxfilik çərçivəsi üzrə razılığa GƏLİR ( 15014517)
-
yenisabah.azBu cərimələr kəskin artırılır – YENİ QANUN ( 15009351)
-
paralel.azBu pozuntuya görə inzibati məsuliyyətə cəlb etmə müddəti artırıla bilər ( 15005933)
-
Ajans.azNəhəng texnologiya şirkətləri ilə bağlı yeni QANUN ( 15004417)
-
herbiand.azİlkin hərbi qeydiyyata alınmaqdan boyun qaçırmaya və çağırış üzrə üzrlü səbəblər olmadan gəlməməyə görə cərimə artırılır ( 14993559)
-
moderator.az“Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanacaq ( 14992863)
-
azadmedia.az“Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi hazırlanacaq » AzadMedia.az ( 14992271)