Demokrat.az xəbər verir ki, günün ilk matçı Masazırdakı "Bank Respublika Arena"da reallaşacaq.
"Sabah" və "Şamaxı" kollektivləri arasında baş tutacaq qarşılaşma saat 15:00-da başlayacaq.
Ardınca "Qarabağ" və "Zirə" komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. "Azərsun Arena"nın köməkçi meydanındakı görüş 15:30-da start götürəcək.
Qış təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində davam etdirən "Turan Tovuz" isə Özbəkistanın "Paxtakor" klubunun müqavimətini qırmağa çalışacaq. Qərb təmsilçisinin sınaq oyununun start fiti Bakı vaxtı ilə saat 17:00-da səslənəcək.