EN

Braziliyada güclü yağışlar 11 nəfərin həyatına son qoydu

Bazar günü Braziliyanın cənub-şərqində yağan güclü yağışlar nəticəsində 11 nəfər həlak olub.

AZXEBER.COM xarici mətbuata istinadın xəbər verir ki, rəsmilərin verdiyi məlumata görə İpatinga şəhərində yağışların yaratdığı torpaq sürüşmələri 9 nəfərin ölümünə və iki nəfərin itkin düşməsinə səbəb olub.
 
Bir saatdan az müddətdə hər kvadratmetrə 80 millimetr yağış yağdıqdan sonra şəhər həm sürüşmə, həm də daşqınlarla üzləşib. Bundan sonra yerli hakimiyyət orqanları 180 günlük ümumi fəlakət elan edib.
 
Bundan əlavə, xilasetmə əməliyyatlarına nəzarət etmək və zədələnmiş yolları təmir etmək üçün böhran idarəetmə komitəsi yaradılmışdır.
 
Gülay
Chosen
11
azxeber.com

1Sources