Dollar proqnozlarını yeniləyən "Goldman Sachs" strateqləri altı ay ərzində avronun dollara nisbətdə ucuzlaşacağını, paritetdən aşağı qiymət olacağını proqnozlaşdırdılar.
Teleqraf.com xəbər verir ki, qurumun ekspertləri ABŞ iqtisadiyyatınıdakı artımı nəzərə alaraq növbəti il dolların təqribən 5 faiz dəyər qazanacağını da irəli sürürlər.
Bank avro/dollar məzənnəsinin yaxın üç ay ərzində paritetdən aşağı, altı aydan sonraisə 0,97 səviyyəsində ticarət edəcəyini gözləyir.
"Goldman" strateqləri növbəti altı ay üçün sterlinq/dollar proqnozunu 1,32-dən 1,22-ə endirdilər. Digər tərəfdən, Böyük Britaniya büdcəsindəki böyük kəsir sterlinqin perspektivi ilə bağlı gözləntiləri bədbinləşdirir. Hətta bəzi bəzi treyderlər məzənnənin 1.12-dən aşağı düşəcəyini ehtimal edirlər.
Qeyd edək ki, bu həftə qlobal bazarlarda mühüm məlumatların və hesabatların açıqlanması gözlənilir. Bunlardan ən önəmlisiABŞ-də inflyasiya ilə bağlı rəqəmlərdir. Çində sənaye istehsalı, pərakəndə satış, mənzil satışı və işsizlik nisbəti kimi iqtisadi məlumatlar, o cümlədənAvro Bölgəsində sənaye istehsalı, xarici ticarət və cari əməliyyatlar balansı kimi mühüm göstəricilər də bazarların diqqət mərkəzində olacaq.
Xatırladaq ki, ABŞ-də qeyri-kənd təsərrüfatı məşğulluğu ilə bağlı məlumatlardan sonra dolların bahalaşması davam edir. Dolları 6 əsas valyutaya nisbətdə ölçən dollar indeksi 0,22 faiz artaraq 109,91-ə yüksəlib. Nəticədə 2022-ci ilin noyabrından bəri ən yüksək səviyyəyə yaxınlaşıb.
Avro dollar qarşısında 1,0208 səviyyəsini görərək 2022-ci ilinnoyabrın 11-dən bəri ən aşağı səviyyəyə düşüb.
Asiya valyutalarının dollara nisbətdə ümumi ucuzlaşması prosesinə isə Hindistan rupisi rəhbərlik edir. Rupi 0,7 faiz dəyərdən düşərək 2023-cü ilin əvvəlindən bəri ən kritik ucuzlaşma nümayiş etdirib. Dollar rupi məzənnəsi 86,5575 rupidən ticarət edilir.