EN

Gənclərimizi dindən yayındıran səbəblər NƏLƏRDİR? - EKSPERT RƏYLƏRİ

"Ümumiyyətlə 90-cı illərdən bu tərəfə Azərbaycan cəmiyyətində dini inancların və dinin gənclərin arasında yayılmasının nə dərəcədə əhəmiyyətli daşınmasının şahidi oluruq. Mən dinin gözəlliyi və yaxud başqa bir xüsusiyyəti barəsində ümumi danışmaq istəmirəm. Biz hələ Azərbaycan cəmiyyətində bu üç bəlaya düçar olmuş nə qədər gənclər tanıyırıq. Bunlar narkomaniya, alkoqalizm və qumardır. Bu üç bəla nəinki insanın özünə, həm valideynlərinə, həm də ailəsinə dərd vermiş olur. Biz bu növ şəxlərin nə qədərini tanıyırıq ki, özünə zərər verməsi ilə yanaşı, öz ailəsinə, valideynlərinə illərlə verdiyi əziyyəti nəzərə alsaq və sonra da dinlə tanış olduqdan sonra audəçilikdən əl çəkə biliblər? Yəni bu dinin gücüdür". Bu sözləri ilahiyyatçı Fazil Əhməd SİA-ya açıqlamasında deyib.

İlahiyyatçının sözlərinə görə, çox vaxt inzibati qaydalar narkomanın audəçilikdən ayrılmasına kömək edə bilmir: "İnzibati qaydalar bundan ibarətdir ki, o həbs olundu, sonra azadlığa buraxıldı və s. Kim zəmanət verə bilər ki o yenidən buna qayıtmayacaq? Amma hər kəs öz ətrafından nə qədər insan saya bilər ki, namaza başlayandan alkoqalizmdən, narkomaniyadan birdəfəlik qurtulub. Deməli doğurdan da, din insanın taleyində 180 dərəcə dəyişilik yaratmaq gücünə malikdir. İndiki cəmiyyətdə narkomaniyanın bu qədər inkişafı, alkoqalizmin nə qədərə yaxın ailələri dağıtmasına şahid olduğumuz dövrdə dinin bu halları aradan qaldırılması yollarında necə əhəmiyyət kəsb etdiyinin şahidi oluruq. Mən bir dəfə atiestlərlə olan müzakirədə sual verdim ki, ətrafınızda nə qədər adam tanıyırsız ki, ata-ana, qohumlar yalvarır ki, bu narkomaniyadan, alkoqalizmdən yaxud qumardan əl çək, amma insan əl çəkmir. Amma necə olur ki, Hacı Şahinin bir xütbəsini eşidib əl çəkir? Necə olur ki, inzibati ölçü götürülməyindən qorxmur amma bir xütbə eşidən kimi dəyişir? İnsanın gərək zehnində inqilab, təlatüm olmalıdır ki, insan bu şeydən əl çəksin. Axı ata-ana yalvarışda o inqilabi yarada bilmir. Fikir, təfəkkür dəyişikliyinə səbəb ola bilən ən böyük amillərdən biri dindir".

O həmçinin vurğulayıb ki, din bizim milli-mənəvi dəyərimizdir, insanları pis vərdişlərdən uzaq düşməsi üçün mühüm sistemlərdən biridir: "Gənclərin dindən uzaq düşməsinin səbəbi dini təbliğ edən insanların həmin dini çox çətin formada təbliğ etmələridir. Məsələn, bir insan dinlə maraqlanan zaman, dini təbliğ edən insanlar dinin ibadət hökmlərini çox çətin şəkildə qarşı tərəfə başa salır və onu bir növ yüklənmiş olur. O insan dinlə hələ təzə tanış olur, ona gündəlik namazların lazım olmayan hissələrini yükləməyə başlayır və qarşı tərəfə çətin şəkildə çatdırır. Mən öz maarifçiliyimdə, hətta öz yaşımda olan ilahiyyatçılara mümkün qədər insanlara asan dildə başa salmağı çatdırmışam. Terminlərdən az istifadə etmək, onların başa düşdüyü dildə izah etmək və eyni zamanda ibadətə yeni başlayan və tanış olan insanları yükləməmək, ibadətləri onlara ən sadə dildə yerinə yetirmək üçün şərait yaratmaq, daha asan formada təbliğ etməyi tapşırıram. Dinin içində olan insanları dini doğru yaşamaması gənclərə öz təsirini göstərir. Bəzi dindarlar biz dinə riayət eləsək hansı nəticələr alınar, Allah bizə nələr verə bilər, bizi dünyada və axirətdə nələr gözlədiyini izah etmədən dərhal hökmlərdən danışmağa başlayırlar. Namaz niyə qılmırsan yaxud nə zaman qılacaq kimi formalarda insanları yükləyirlər və təbii olaraqda onlar buna bir məşəqqət kimi baxırlar. Məsələn birinə idmanı başa salmaq istəyəndə yükü 8 dəfə qaldırmalısan, 9-12 dəfə başqa hərəkəti etməlisən deyən zaman o insan idmana getmək istəməz. Yəni məqsədi başa salmadan ağırlıqları və yükləri başa salmış olduq. Gənclərin dindən uzaq düşməsinin ən böyük səbəblərindən biridə özləridir. Çünki onlar dinə məşəqqət kimi, artıq hərəkətlər kimi baxır. Ona görə dindən uzaq düşürlər. Amma başqa dinlərə və inanclara meyillənməsinində bir səbəbi yüngül tələblərin olmasından irəli gəlir. Məsələn xristianlıqda xüsusi bir rituallar, tələblər yoxdur, islamda tələb olunan kimi başqa dinlərdə tələb olunmur. Bu səbəbdən də gənclər başqa dinlərə yönəlirlər. Digər dinlərin nisbətən gülərüz təqdim olunması, heç bir tapşırıq vermədən, xüsusi işlərin görülməsini tövsiyyə etmədən yalnız nəzəri məlumatların verilməsi bir qədər yüngüllük yaradır və insan fikirlərşir ki, nə yaxşı rahat bir dindir, buna riayət edim. Amma gənc bunu edən zaman həmən o nəticənin verəcəyini düşünməlidir".

Eyni zamanda ilahiyyatçı Yaşar Qurbanov məsələ ilə bağlı fikirləini bildirib. O qeyd edib ki, mən o qədər deməzdim ki, gənclərimiz dindən uzaqlaşıb, çünki xalqımız öz dinini sevir: "Amma xarici ölkələrində öz təsiri var. Bəzi ölkələrdə görünür ki, yanlış təriqətlərin aparıldığı təbliğat nəticəsində insanlar dinsizmə yönəliblər. Yəni bəzi təriqətlər olub ki, insanları dindən bezdiriblər. Amma ümumi desək bu dünyada baş verən bir prosesdir, yalnız müsəlman ölkələrinə aid etmək olmaz. Həmçinin qərb dünyasında da gənclərin dindən uzaqlaşması, materializmə yönəlməsi baş verib. Yəni bu qlobal bir məsələdir, yalnız bizimlə əlaqəli deyil. İnsanlar gərək dini düzgün öyrənməyə çalışsın, bəziləri gənclərə öz dinlərinə qarşı nəyisə düzgün izah etmirlər. Təriqətləşmə yaxud din adı altında hansısa bir xarici ölkənin oyununa yönləndirirlər. Belə şeylər uzun illərdir olur və gənclərimizə təsir göstərib. Din olduğu kimi təmiz və saf qalmalıdır. Bəziləri dini, Quranı yanlış başa salırlar, sosial şəbəkə vasitəsilə belə proseslər çox gedir.
Gənclərə təriqətlər din adı altında yayılan xurafatlarda çox təsir edir. İnsanın sifətini allahlaşdırırlar, yaxud dində mümkün olmayan şeyləri insana məxsus edirlər. Əlbətdə ki, belə yanlış təlimlər insanlara təsir göstərir.

Müəllif: Xeyrənsə Piriyeva
Chosen
12
sia.az

1Sources