EN

Los-Ancelesdə meşə yanğınları baş verən bölgədə 50-yə yaxın şəxs həbs edilib

Los-Anceles vilayətində yanğının baş verdiyi bölgələrdə xidmət edən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən 50-yə yaxın şəxs həbs edilib.

AZƏRTAC-ın məlumatına görə, bu barədə Los-Anceles vilayətinin rəhbəri Robert Luna açıqlama verib. O bildirib ki, 34 nəfər İton və Paliseyds bölgələrində həbs olunub.

Onlar soyğunçuluq, başqasının mülkünə qanunsuz daxil olma kimi müxtəlif cinayətlərdə ittiham olunublar. Los-Anceles Polis Departamenti isə şəhər daxilində 14 nəfəri həbs edib. Hazırda 92 mindən çox insan təxliyə əmri altındadır və təxminən 89 min sakinə təxliyə xəbərdarlığı edilib.

Chosen
26
50
yeniazerbaycan.com

10Sources