EN

İnsan tükü gətirən şəxs gömrükdə saxlanılıb

Xarici vətəndaş qaçaqmalçılıq yolu ilə Rusiyaya 7 milyon rubl dəyərində 50 kq-a yaxın insan saçı keçirməyə cəhd edib.

AzPost bildirir ki, SHOT-un məlumatına görə, Moskvanın Domodedovo hava limanının gömrükçüləri BƏƏ-dən uçan 37 yaşlı sərnişini saxlayıb.

O, yükü ilə “yaşıl dəhliz”dən keçməyə çalışıb. Axtarış zamanı onun üzərindən ümumi çəkisi 50 kq olan 300 bağlama insan saçı aşkar edilib.

Kişi bərbər və stilist olduğunu, gözəllik festivalından qayıtdığını və gömrük qaydaları ilə tanış olmadığını izah etməyə çalışıb. Nəticədə o, 3,3 milyon rubldan çox cərimələnib.

Chosen
24
1
azpost.info

2Sources