EN

Dünyanın sonu nə vaxt gələcək? ALİMLƏR HESABLADI

Çikaqo Universitetindən geofizik RJ Qrem və komandasının apardığı araşdırmaya görə, Günəşin qocalması,ə parlaqlaşması Yer atmosferində karbon dövranını pozacaq. Bu dəyişiklik bitkilərin fotosintez edə bilməməsinə səbəb olacaq. Bu fəlakət təxminən 1,6-1,86 milyard il sonra baş verə bilər.

News24.az xəbər verir ki, Qrem və komandasının fikrincə, oxşar planetlərdə mürəkkəb həyat formalarının inkişafı düşündüyümüzdən daha uzun müddətə işarə edə bilər.

Mütəxəssislər Günəşin qızmasının qısamüddətli iqlim böhranlarından fərqli bir proses və milyonlarla il davam edəcək bir dəyişiklik olduğunu bildirirlər. Zamanla Yer səthindəki silikat süxurları atmosferdən karbon qazını udaraq CO2 səviyyəsini azaldacaq. Bu proses karbon dioksidi atmosferə qaytaran geoloji hadisələrlə davam edəcək.

Günəşin parlaqlığı hər milyard ildə 10 faiz artdıqca, bu proses sürətlənəcək və atmosferdəki karbon tədricən azalacaq. Nəhayət, karbon dioksid səviyyələri bitkilərin yaşaya bilməyəcəyi səviyyələrə düşəcək. Araşdırmaya görə, bu, ilk növbədə C3 bitkilərinə təsir edəcək, lakin C4 bitkiləri (məsələn, qarğıdalı və şəkər qamışı) təxminən 500 milyon il yaşayacaq.

Bitkilərin yox olması ilə bu bitkilərdən qida mənbəyi kimi istifadə edən heyvanlar da böyük ehtimalla yox olacaq. Oksigen səviyyəsi azaldıqca, həyat yalnız oksigensiz mühitdə yaşaya bilən mikroblarla məhdudlaşa bilər.

Graham və komandası bu tapıntıların təkcə Yerin gələcəyi üçün deyil, həm də digər planetlərdə həyat axtarışımız üçün kritik olduğunu bildirib.

Günel Məlikzadə

Chosen
8
news24.az

1Sources