EN

Əfqanıstanda qadınlar mavi ekranlardan yox olacaq

Radikal Taliban hərəkatının yaratdığı Əfqanıstan hökumətinin rəsmiləri qadınlara televiziyada diktor və aparıcı kimi işləməyi qadağan edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Hasht-e Subh” qəzeti yazıb.

Herat əyalətindəki mənbələrə görə, fərman fəziləti təbliğ və pisliklərin qarşısının alınması müdirliyi tərəfindən verilib və qadınların televiziyada görünməsinin “kişilərə qarşı təxribat” olduğu bildirilib.

Bütün KİV-lərə xəbərdarlıq göndərilib ki, göstərişə əməl etsinlər.

Radikal hərəkatın nümayəndələri hələ ki, qəzetin məlumatını şərh etməyiblər.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Chosen
6
konkret.az

1Sources