EN

Cəzaçəkmə müəssisəsində üzərinə biz gəzdirən gənc məhkuma cəza verildi

Xəzər Rayon Məhkəməsində cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşya saxlamaqda təqsirləndirilən Qalib Əşrəfovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 3 il müddətə azadlıqdan məhrum edilib.


İttihama görə, Qalib Əşrəfov Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən 2 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkərkən qadağan olunmuş əşya - deşici xassəyə malik olan, biz formasında kustar üsulla hazırlanmış aləti istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək hazırlayıb özündə saxlayıb. Ötən il axşam saatlarında müəssisə əməkdaşları tərəfindən növbətçi hissədə onun üzərinə axtarış-baxış keçirərkən, əynində olan şalvarın sağ yan cibindən həmin alət aşkar olunaraq götürülüb.


Məhkəmə istintaqı zamanı dindirilən Qalib Əşrəfov özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilib. O ifadəsində deyib ki, cəzaçəkmə müəssisəsinin həyətində dəmir mismar taparaq marağı üçün götürüb. Mismara plastik bor bərkidərək biz formsına salıb və üzərində saxlayıb. Həmin biz növbətçi hissədə onun üzərinə keçirilən baxış zamanı əynində olan şalvarın sağ yan cibindən aşkar olunaraq götürülüb.


Qeyd: 2000-ci il təvəllüdlü Qalib Əşrəfov 2022-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

Kamal Məmmədov 

Tarix: 15 Yanvar 2025, 10:04   
Chosen
6
pravda.az

1Sources