EN

Ermənistan rəhbərliyi qərbi azərbaycanlılarla dialoqa gedib onların tələblərini dinləməlidir – ŞƏRH

Bakı. Trend:

Qərbi Azərbaycandan olan insanların öz doğma torpaqlarınaqayıtması və orada yaşaması onların təbii hüququdur. Təbii ki, bu,beynəlxalq insan hüquqları kontekstində də mühüm bir mövzudur vəbeynəlxalq insan hüquqları Qərbi Azərbaycandan olan insanlarınhüquqlarını tam şəkildə qorumalıdır.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı Şahinİsmayılov deyib.

O bildirib ki, qərbi azərbaycanlıların öz doğma torpaqlarınaqayıdışı beynəlxalq insan hüquqları kontekstindədəyərləndirilməlidir:

“Prezident İlham Əliyev də bu mövzunu xüsusi olaraq vurğulayır.Çünki Qərbi Azərbaycandan olan yüz minlərlə insanın hüquqları,təbii hüquqları pozulub. Qərbi Azərbaycan İcması da bu sahədə aktivşəkildə fəaliyyət göstərir və biz ümid edirik ki, Ermənistanrəhbərliyi, nəhayət, faşist ideyalarından əl çəkəcək və QərbiAzərbaycandan olan insanlarla dialoqa gedəcək. Çünki söhbət yüzminlərlə insanın hüquqlarının pozulmasından gedir”.

Şahin İsmayılov vurğulayıb ki, qərbi azərbaycanlılar özhüquqlarının pozulması ilə heç cür razılaşa bilməzlər.

“Hazırkı Ermənistan ərazisində azərbaycanlılara qarşı etniktəmizləmə, onların əmlaklarının talanması, təməl insan hüquqlarınınpozulması baş verib. Biz hazırkı dövrdə yeni mərhələdə öz dədə-babatorpaqlarımıza sülh və əmin-amanlıq şəraitində qayıtmaqla ləyaqətlişəkildə öz yaşayış hüququmuzu davam etdirmək istəyirik”, - deyədeputat qeyd edib.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı isəTrend-əaçıqlamasında bildirib ki, Qərbi Azərbaycanla bağlı ideoloji xəttçox uğurlu istiqamətdə inkişaf edir:

“Bu gün hər kəs Qərbi Azərbaycana qayıdış ideologiyasınınstrateji xəttinin ətrafında birləşib. Bütün Azərbaycan xalqı qısamüddət ərzində ideoloji xətt istiqamətində səfərbər olub”.

Millət vəkilinin sözlərinə görə, iki il ərzində Qərbi Azərbaycanİcması bir çox beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb:

“Bu qayıdış məsələsi artıq bütün beynəlxalq təşkilatlarıngündəliyinə salınıb. İslam Konfransı Təşkilatı qərbiazərbaycanlıların qayıdışı ilə bağlı sənəd qəbul edib. Hətta BMTİcma tərəfindən ünvanlanan məktubu bütün qurumlarına -Təhlükəsizlik Şurası, UNICEF, üzv dövlətlərə göndərib”.

Məlahət İbrahimqızı vurğulayıb ki, Qərbi Azərbaycanın tarixinin,mədəni irsinin öyrənilməsindən deportasiyaların tarixinədək bütünməsələlər vahid strategiya altında birləşib.

“Qərbi Azərbaycan məsələsi dünya ictimaiyyətinə vahid istiqamətkimi təbliğ olunmalıdır. Prezident İlham Əliyev vaxtaşırı QərbiAzərbaycandakı tarixi və mədəni mirasımızla bağlı ciddi işləringörülməsi ilə bağlı müvafiq qurumlara, akademik səviyyədə alimlərə,tədqiqatçılara tapşırıqlar verirdi. Qərbi Azərbaycanla bağlıideoloji xətt çox sağlam, mərhələ-mərhələ, uğurla həyata keçirilir.Bu məsələdə ən vacib hədəf tarixi torpaqlarımıza qayıtmaqdır.

Ermənistan baş naziri Nikol Paşinyan Qərbi Azərbaycan İcmasıtərəfindən ona ünvanlanan müraciətlərə cavab verməlidir. Və ən qısazamanda İcma rəhbərliyi və ya heyətini qəbul etməli, onlarıntələblərini dinləməlidir. Beynəlxalq təşkilatlardan heç nəgözləmirik. Həmyerlilərimizin qayıdışına kömək göstərməsələr də,buna əngəl olmasınlar”, - deyə deputat qeyd edib.

Chosen
20
az.trend.az

1Sources