EN

"VTB Bank Azərbaycan"ın xərcləri artır, qazana bilmir, mənfəətində milyonluq azalma

"VTB Bank Azərbaycan" 2024-cü ili 9 milyon 538 min manat xalis mənfəətlə başa vurub.

Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 10% və ya 1 milyon 70 min manat azdır. 2023-cü ili bank 10 milyon 608 min manat mənfəətlə başa vurub.  

2024-cü ildə bankın faiz gəlirləri 32 milyon 612 min manat olub ki, bu da illik müqayisədə 21% və ya 5 milyon 663 min manat çoxdur. 2023-cü ildə bankın faiz gəlirlərinin dəyəri 26 milyon 949 min manat olub. "VTB Bank Azərbaycan"ın qeyri-faiz gəlirlərinin dəyəri 14 milyon 790 min manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 84,3% çoxdur. 

Bankın mənfəətinin azalmasının səbəbi xərclərinin artmasıdır. 2024-cü ildə bankın faiz xərclərinin dəyəri 8 milyon 483 min manat olub ki, bu da 2023-cü illik müqayisədə 24,2% və ya 1 milyon 655 min manat 1 milyon 655 min manat çoxdur. 

Hesabat dövründə "VTB Bank Azərbaycan"ın qeyri-faiz xərclərinin dəyəri 29 milyon 854 min manat təşkil edib ki, bu da illik müqayisədə 27,7% və ya 6 milyon 494 min manat çoxdur. 2023-cü ildə bankın qeyri-faiz xərclərinin dəyəri 23 milyon 360 min manat təşkil edib.   

"VTB Bank Azərbaycan" aktivlərinin dəyəri 317 milyon 98 min manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 26,8% və ya 67 milyon 198 min manat çoxdur.
2023-cü ildə bankın aktivlərinin dəyəri 249 milyon 900 min manat təşkil edib.

2024-cü ildə "VTB Bank Azərbaycan"nın öhdəliklərinin dəyəri 216 milyon 112 min manat təşkil edib ki, bu da illik müqayisədə 36,1 % və ya 57 milyon 267 min manat çoxdur. 2023-cü ildə bankın öhdəliklərinin dəyəri 158 milyon 845 min manat olub.  

Xatırladaq ki, “Bank VTB Azərbaycan” 2003-cü ildən fəaliyyət göstərən “AF Bank” ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,815 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.

Nara

Chosen
4
1
valyuta.az

2Sources