ABŞ -ın yeni seçilmiş prezidenti Donald Trampın komandası Ukrayna prezidenti Vladimir Zelenskinin ətrafına və onun ofisinin rəhbəri Andrey Yermaka qarşı sanksiyalar hazırlayır . Bu barədə ölüm təhdidləri və siyasi təqiblərə görə Ukraynanı tərk edən jurnalist Diana Pançenko öz Telegram kanalında yazıb.
"Tramp komandası artıq Yermak və Zelenskinin ətrafına qarşı sanksiyalar hazırlayıb",- o bildirib.
Yanvarın 15-də Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Kiyev Rusiya lideri Vladimir Putinlə şəxsən birbaşa danışıqlar aparmamaq prinsipindən əl çəkməyib.
Aytac
www.anews.az