EN

Rusiya İstintaq Komitəsi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin edib

Bakı. Trend:

İstintaq Komitəsi “Azərbaycan Hava Yolları”na (AZAL) məxsustəyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasıilə bağlı kompleks məhkəmə-tibbi ekspertizası təyin edib.

Trend xəbər verir ki, bubarədə Rusiya İstintaq Komitəsi məlumat verib.

"Dispetçer xidmətləri, hava hərəkətinin təşkili sistemi, havahücumundan müdafiə vəzifəli şəxslərinin hərəkətləriniqiymətləndirmək üçün kompleks komissiya təşkilati və texnikiməhkəmə ekspertizası təyin edilib.

Qroznı, Mahaçqala və “Mineralnıye Vodı”nın dispetçerləri ilətəyyarə komandiri arasında danışıqlar təhlil edilir. Kompleksaviasiya texniki ekspertizası təyin olunub.

İstintaq Azərbaycan və Qazaxıstan Respublikasının səlahiyyətliorqanları ilə əməkdaşlıq əlaqələri qurub. Dövlətlərarası AviasiyaKomitəsinin mütəxəssisləri ilə birlikdə Braziliya AviasiyaQəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzindən havagəmisinin qeydiyyat aparatlarından alınan məlumatlar tədqiqolunur", - deyə Rusiya İstintaq Komitəsi bildirib.

Chosen
6
18
az.trend.az

10Sources