Viktor Orban ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasimində iştirak etməyəcək.
Macarıstanın Baş naziri Viktor Orban ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın yanvarın 20-də Vaşinqtonda keçiriləcək andiçmə mərasimində iştirak etməyəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə TASS-a Macarıstan hökumətinin mətbuat katibi Bertalan Havaşi məlumat verib.
“Yanvarın 20-də Baş nazir Viktor Orban Macarıstanın Aİ Şurasına sədrliyinin nəticələrini qiymətləndirmək üçün Budapeştdə konfransda çıxış edəcək”, - Havaşi qeyd edib.