EN

Bu gün bizim üçün böyük qayıdışdır – Cəbrayıl sakini

Bakı. Trend:

Bu gün doğma torpağımız – Cəbrayıla qayıtmaq bizim üçün böyükqayıdışdır.

Bunu Trend-əaçıqlamasında Cəbrayıl sakini Ruhiyyə Əliyeva deyib.

Onun sözlərinə görə, doğma yurduna qayıtdığı üçün sevincininhəddi-hüdudu yoxdur.

“Bu günümüz üçün biz ilk növbədə şəhidlərimizə borcluyuq.Onların hamısının ruhu qarşısında baş əyirik. Allah qazilərimizəcansağlığı versin.

Prezidentimiz var olsun ki, bizə bu günü yaşatdı. Biz bu günüsəbirsizliklə gözləyirdik. 17 yaşında tərk etdiyim Cəbrayıla indiailəmlə birlikdə qayıdıram”, - deyə o qeyd edib.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraköçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılanlayihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlətqurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinəyetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət,turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30mindən çox insan yaşayır.

Chosen
11
az.trend.az

1Sources