Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb.
"Report" xəbər verir ki, hadisə Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbə ərazisində qeydə alınıb.
İmişli rayonu, Qızılkənd kənd sakini 1998-ci il təvəllüdlü Heydarlı Elçin Natiq oğlu idarə etdiyi “Mercedes" markalı avtomobil 1988-ci il təvəllüdlü Nurullayev Hörmət Nüsrət oğlunu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı Cəbrayıl rayon polis şöbəsində cinayət işi başlanılıb.