EN

21 ildən sonra Türkiyəyə tarixi səfər: Bu gün gəlir

Monqolustan prezidenti Uxnaaqiyn Xurelsuxdanın Türkiyəyə rəsmi səfəri 16-19 yanvar 2025-ci il tarixləri arasında baş tutacaq.

Publika.az xəbər verir ki, bununla bağlı Türkiyə Prezident Administrasiyasının kommunikasiyalar şöbəsinin müdiri Fahrettin Altun sosial media hesabından açıqlama verib.

O, açıqlamasında Xurelsuxdanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə gələcəyini bildirib. Altun səfər çərçivəsində Prezident iqamətgahında danışıqların aparılacağını qeyd edib.

Onun sözlərinə görə, danışıqlar Türkiyə ilə Monqolustan arasında münasibətlərin bütün aspektlərinin nəzərdən keçirilməsini, əməkdaşlığın dərinləşdirilməsi üçün mümkün addımların müzakirəsini, aktual beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparmağı nəzərdə tutur.

Chosen
7
publika.az

1Sources