Lorentso Pelleqrini karyerasını Türkiyədə davam etdirə bilər. 

Offsideplus.az xəbər verir ki, Super Liqada çempionluğa əsas namizəd sayılan "Qalatasaray" italiyalı ilə yaxından maraqlanır.

"Roma" yarımmüdafiəçi ilə yeni saziş bağlamaq niyyətindədir. Lakin bu istiqamətdə yekun qərar yoxdur. Bu səbəbdən də italiyalı təklifləri dəyərləndirmək istəyir.

"Roma" İstanbul klubu ilə razılıq əldə etsə, 28 yaşlı futbolçu qışda "Qalatasaray"a keçə bilər.

Qeyd edək ki, Pelleqrini bu mövsüm paytaxt klubunda 21 matçda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.